Maliyyə Bazarlarına Nəzarət Palatası əhaliyə valyuta satışı ilə bağlı limitin tətbiqinə dair banklara təlimat verməyib.
“Palata xarici valyutanın satışı zamanı limitin tətbiqi ilə bağlı banklara heç bir təlimat verməyib”, - “İnterfaks-Azərbaycan” agentliyinə Palatadan bildiriblər.
Məlumata görə, müştərilərin tələbatının ödənilməsi üçün banklar kifayət qədər valyuta resurslarına malikdirlər.
Bu gün bir sıra yerli KİV banklarda xarici valyuta satışı ilə bağlı limitin tətbiqinə dair məlumat yayıb.
“İnterfaks-Azərbaycan” agentliyinin sorğusuna cavab olaraq, bir sıra banklar bu məlumatı təsdiq etməyiblər. Bankların nümayəndələri vurğulayıblar ki, əhaliyə xarici valyutanın satışı ilə bağlı heç bir xüsusi limit tətbiq olunmayıb və tənzimləyici tərəfindən müvafiq göstəriş verilməyib. **
A.Əzizov