1 avqust 2018-ci il tarixinə SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyinin (İB) abonentlərinin sayı 2 mln. 144,476 min təşkil edir. Bu barədə İB-dən məlumat verilib.
“Cari ilin yanvar-iyul aylarında İB-də əhali sektoru üzrə 50,36 min yeni abonent qeydiyyata alınıb ki, bunun da 31,202 mini Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 19,158 mini isə regionların payına düşüb”, - deyə məlumatda bildirilir.*
N.Abbasova