Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın müddəalarının reallaşdırılması üzrə XİN səviyyəsində yüksək səviyyəli Xüsusi İşçi Qrupu payızda Azərbaycanda toplaşacaq. Bu barədə Qazaxıstanın xarici işlər naziri Kayrat Abdrahmanov məlumat verib.
“Qrupun cari ilin payızında toplaşaraq artıq bilavasitə fəaliyyətə başlamasına dair razılıq əldə olunub. İlkin olaraq, söhbət Azərbaycanda keçiriləcək görüşdən gedir”, - K.Abdrahmanov çərşənbə axşamı Astanada jurnalistlərə deyib.
O xatırladıb ki, həmçinin İşçi Qrupu birbaşa çıxış xəttlərinin müəyyən edilməsinin metodikası üzrə saziş hazırlamalıdr. **