Avqustun 25-də Almaniya kansleri Angel Merkel Azərbaycana səfər edəcək. Bu barədə Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev məlumat verib.
“Avqustun 25-nə A.Merkelin Azərbaycana səfəri planlaşdırılır. Səfər ikitərəfli əməkdaşlığın genişlənməsinə yönəlib”, - H.Hacıyev “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Öncə KİV A.Merkelin Cənubi Qafqaz ölkələrinə səfərinin planlaşdırılması barədə məlumat verib. Məlumata əsasən, kansler avqustun 23-də Gürcüstana, avqustun 24-də - Ermənistana səfər edəcək. **
F.İsazadə