Berlin Dağlıq Qarabağ münaqişəsi zonasında insanların vəziyyətinin yaxşılaşması üçün məsələnin həllini tapmağa çalışacaq. Bunu Almaniya kansleri Angela Merkel deyib.
“Mən çox şadam ki, hazırda heç olmasa müəyyən sakitlik var. Yəni, hazırda insanlar orada zərər çəkmirlər və əlbəttə, Almaniya BMT Təhlükəsizlik Şurasının qərarları əsasında səylərini davam etdirəcək və aidiyyəti regionlarda insanların vəziyyətinin yaxşılaşması üçün məsələnin həllini tapmağa çalışacaq”, - A.Merkel Azərbaycan prezidenti İlham Əliyev ilə Bakıda keçirilən birgə mətbuat konfransında söyləyib.
A.Merkel qeyd edib ki, Almaniya Dağlıq Qarabağ münaqişəsinin həlli üçün BMT Təhlükəsizlik Şurasının qərarları əsasında səylərini davam etdirəcək. **