Azərbaycan Silahlı Qüvvələrinin mühəndis-istehkam bölmələri ilə taktiki-xüsusi təlim keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
“Mürəkkəb əməliyyat şəraitində keçirilən taktiki-xüsusi təlimdə mühəndis qoşunlarının mütəxəssisləri müasir avadanlıq və vasitələrdən istifadə etməklə ərazinin kəşfiyyatını aparıb, eləcə də qoşunların hərəkət yollarının hazırlanması üzrə tapşırıqları icra ediblər”, - məlumatda deyilir.
Bundan əlavə, şəxsi heyət şərti düşmən tərəfindən basdırılmış minaların aşkarlanması, onların xüsusi üsullarla məhv edilməsi, habelə təyin edilmiş sahəyə gəldikdən sonra ərazidə mühəndis-müşahidə postlarının yaradılması normativlərini də yerinə yetirib. **
F.İsazadə