Rusiyalı politoloq Sergey Markov hesab edir ki, ABŞ-ın İran, Rusiya və Türkiyəyə qarşı sanksiyaları dolayısilə Azərbayacana da toxuna bilər.
“Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşıdır. ABŞ həmçinin Azərbaycanin qonşuları və tərəfdaşları olan Türkiyə və İrana qarşı sanksiyalar tətbiq edib. Bu səbəbdən, həmin sanksiyalar dolayısilə Azərbaycana da təsir edəcək”, - politoloq bu gün mətbuat konfransında bildirib.
S.Markovun sözlərinə görə, bu məsələ sentyabrın 1-sə Soçidə Azərbaycan və RF prezidentləri İlham Əliyev və Vladimir Putin arasında görüş zamanı müzakirə olunub. “Bu problem Azərbaycan və Rusiya prezidentləri arasında görüş zamanı müzakirə mövzularından birinə çevrildi. Bu səbəbdən məsələni müzakirə etmək və həmin sanksiyalara qarşıdurmaq və onları minimallaşdırmaq məqsədilə gələcəkdə strategiya hazırlamaq lazımdır”, - o bildirib.
Politoloqun fikrincə, Rusiya-Azərbaycan münasibətlərində heç bir ciddi problem yoxdur. “Ölkələrimiz arasında münasibətlər bir çox - prezidentlər, biznes, cəmiyyət səviyyələrində inkişaf edir. Hər iki ölkədə diasporlar özlərini çox yaxşı hiss edirlər”, - S.Markov bəyan edib.
Politoloq Azərbaycanın Kollektiv TəhlükəsizlikMüqaviləsi Təşkilatına mümkün üzvlüyü məsələsinə də toxundu. Onun sözlərinə görə, son zamanlar bu məsələ aktuallaşıb və Moskvada ilkin olaraq Azərbaycanın bu təşkilatda müşahidəçi olacağını gözləyirlər. “Rusiyada Azərbaycanın öncə təşkilatda müşahidəçi, sonra isə tərəfdaş olacağını gözləyirlər”, - S.Markov qeyd edib.
Onun sözlərinə görə, həmçinin prezidentlər V.Putin və İ.Əliyev regional təhlükəsizlik məsələləri, xüsusilə ABŞ-ın İran və Suriyaya mümkün zərbələrinə dair razılığa gəliblər. “Əgər zərbə endirilərsə, İranda iğtişaşlar, rejim dəyişikliyi baş verərsə, o zaman regionda ciddi problemlər meydana gələcək. Buna görə prezidentlərin razılığa gəlməsi çox vacib idi”, - S.Markov vurğulayıb. **
F.İsazadə