Prezident İlham Əliyev Arif Alvini Pakistan İslam Respublikasının prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edib. Bu barədə Azərbaycan prezidentinin saytında məlumat verilir.
“İnanıram ki, strateji tərəfdaşlığımızın qorunub saxlanması və daha da möhkəmləndirilməsi, qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlığımızın bundan sonra da müvəffəqiyyətlə davam etdirilməsi yolunda birgə səylər göstərəcəyik”, - deyə təbrik məktubunda bildirilir.
İ.Əliyev A.Alviyə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Pakistan xalqının rifahı naminə qarşıdakı fəaliyyətində uğurlar diləyib.*
B.Rüstəmbəyov