2018-ci ilin iyul-avqust aylarında Azərbaycan Stavropol və Qaraçay-ÇərkəzRespublikasından 37,15 min ton taxıl idxal edib.
“Rosselxoznadzor”un Stavropol və Qaraçay-ÇərkəzRespublikası üzrə Ərazi İdarəsinin məlumatına görə, kənd təsərrüfatı ilinin əvvəlindən avqustun 28-nə taxıl və taxıl emalı məhsulları 18 ölkəyə ixrac olunub. Bu dövrdə Stavropol və Qaraçay-ÇərkəzRespublikasından taxıl alışına görə Azərbaycan liderdir. İdxalçı ölkə tərəfindən 37.15 min ton taxıl və və taxıl emalı məhsulları ixrac olunub. Bunun 34,82 min tonu buğda, 1,70 min tonu noxud, 1,43 min tonu qarğıdalı, qalan 0,04 min tonu yulaf yarması və buğda ununun payına düşüb”, - Rusiya mətbuatı qeyd edir.
Kənd təsərrüfatı ilinin əvvəlindən (2018-ci il iyulun 1-dən avqustun 28-dək) qeyd olunan regiondan cəmi 73,15 min ton taxıl ixrac olunub. **
A.Əzizov