Prezident İlham Əliyev Avropa İttifaqı (Aİ) ilə strateji tərəfdaşlığa dair yeni sazişlə bağlı danışıqların tezliklə tamamlanacağına ümidvar olduğunu deyib.
"Biz Avropa İttifaqı ilə yeni sazişin tezliklə tamamlanmasına böyük ümidlər bəsləyirik və bu da bizim əməkdaşlığımızda çox mühüm mərhələ olacaq”, - deyə o, Zaqrebdə bildirib.
Dövlət başçısının sözlərinə görə, yeni saziş bütün sahələri - Azərbaycanın siyasi, demokratik və iqtisadi inkişafını, enerji siyasətini, nəqliyyat, multikulturalizmlə bağlı olan sahələri əhatə edən hərtərəfli sənəddir. “Bu, gələcəkdə Azərbaycan ilə Avropa arasında fəal əməkdaşlığı təmin edəcək mühüm bir sənəd olacaq”, - deyə İ.Əliyev qeyd edib.
O, Xorvatiya prezidenti xanım Kolinda Qrabar-Kitaroviçi Azərbaycana səfərə dəvət edib.*
A.Əzizov