1 sentyabr 2018-ci il tarixinə SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyinin (İB) abonentlərinin sayı 2 mln. 149,772 min təşkil edir. Bu barədə İB-dən məlumat verilib.
“Cari ilin yanvar-avqust aylarında İB-də əhali sektoru üzrə 55,689 min yeni abonent qeydiyyata alınıb ki, bunun da 34,002 mini Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 21,687 mini isə regionların payına düşüb”, - deyə məlumatda bildirilir.**
N.Abbasova