Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 14-də TOTAL şirkətinin baş icraçı direktoru Patrik Puyaneni qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Görüş zamanı TOTAL şirkəti ilə SOCAR arasında neft-qaz sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub”, - məlumatda deyilir.
Bundan başqa, İ.Əliyev və P.Puyane “Abşeron” yatağının birgə işlənilməsi çərçivəsində hazırkı işlərin gedişi, o cümlədən, neft-qaz strukturunda digər yataqların birgə işlənilməsi imkanları ilə bağlı fikir mübadiləsi aparıblar. **
F.İsazadə