Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 18-də Biləsuvar rayonunda bir sıra sosial və infrastruktur obyektlərin açılışında iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Xüsusilə, prezident Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolunun açılışında iştirak edib. 20 mindən çox əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun uzunluğu 15,4 kilometrdir.
Bundan başqa, dövlət başçısı Bayraq Muzeyi və Gənclər Evinin açılışında iştirak edib. **
B.Rüstəmbəyov