Azərbaycan prezidenti İlham Əliyev Masallı şəhərində abadlıq-quruculuq işlərini davam etdirilməsinə dövlət büdcəsindən Masallı Rayon İcra Hakimiyyətinə 3 mln. manat ayırmağı tapşırıb.
O cümlədən, vəsait 10 küçədə əsaslı yenidənqurma işlərinin aparılması üçün nəzərdə tutulur.
Vəsait Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan prezidentinin ehtiyat fondundan ayrılıb.
Bundan başqa, dövlət başçısı Masallı rayonunda 3,23 min hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə dövlət büdcəsindən Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 1 mln. manat ayırmağı tapşırıb.
Vəsait Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılıb.
Müvafiq sərəncamlar çərşənbə axşamı dövlət başçısının saytında dərc olunub. **
F.İsazadə