Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və
Rusiya Federasiyasının Stavropol vilayətinin Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ASK-dan məlumat verilib.
Sənəd Azərbaycan şirkətlərinin nümayəndələrindən ibarət heyətin Stavropol şəhərinə səfəri zamanı imzalanıb. Nümayəndə heyətinə Azersun Holdinq, Bakı Tekstil Fabriki, Sumqayıt Texnologiyalar Parkı, kənd təsərrüfatı məhsulları və alkoqol içkilər istehsal edən şirkətlərin nümayəndələri daxildir.
Məlumat verilib ki, bu gün bölgənin iş adamları ilə b2b görüşlər keçirilib.
Həmçinin qeyd olunur ki, Stavropol vilayətində kənd təsərrüfatı, kimya sənayəsi, xüsusən kənd təsərrüfatı sahəsində istifadə olunan avadanlıqlar üçün ehtiyat hissələri, nişasta, azot, un və un məmulatları istehsal edən yerli şirkətlər Azərbaycan bazarına məhsullarını ixrac etmək üçün tərəfdaş axtardıqlarını bildiriblər. **
B.Rüstəmbəyov