Monqolustan tərəfi Azərbaycan peykinin imkanlarından istifadə edə bilər. “Prezident İlham Əliyev bazar ertəsi monqolustanlı həmkarı Xaltmaaqiyn Battulqa ilə Monqolustan tərəfinin Azərbaycan peykinin imkanlarından istifadə məsələləsini müzakirə edib”, - dövlət başçısının saytında məlumat verilir.
İ.Əliyev qeyd edib ki, Xaltmaaqiyn Battulqanın Bakıya səfəri ikitərəfli gündəliyi, əməkdaşlığı gücləndirmək, o cümlədən idman sahəsində qarşılıqlı fəaliyyəti inkişaf etdirməklə bağlı bir çox məsələlərə dair fikir mübadiləsi aparmaq üçün yaxşı fürsətdir.
İki ölkənin liderləri iqtisadi, kənd təsərrüfatı, ticarət, investisiya, turizm, informasiya-kommunikasiya texnologiyaları, tranzit daşımalar, humanitar, təhsil, xalçaçılıq sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər. **
N.Abbasova