Stavropol diyarı yeni ixrac bazarlarına çıxış məqsədilə Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsi olan Astara-Rəşt dəmir yolunun tikintisinin başa çatmasında maraqlıdır.
“Stavropol diyarı Astara-Rəşt dəmir yolunun tikintisinin başa çatmasında maraqlıdır. Bu, məhsulların, xüsusilə taxıl ixracında yeni istiqamətlərə çıxışına imkan yaradacaq. Bu gün Sravropol fermerləri 1 mln. ton taxıl ixrac edirlər”, - V.Vasilyev Bakıda keçirilən 9-cu Azərbaycan-Rusiya Regionlararası Forumunda çıxışında bildirib.
Onun sözlərinə görə, Stavropol diyarının Aərbaycanla ticarət dövriyyəsinin həcmi $158 mln. təşkil edir. Bunun $94 mln.-u ixracın payına düşür. V.Vasilyev qeyd edib ki, diyardan Azərbaycana əsasən taxıl, gübrə və s. məhsullar ixrac olunur.
O əlavə edib ki, son bir il ərzində Azərbaycandan 30 min nəfər Stavropol diyarının kurortlarına səfər edib. **
B.Rüstəmbəyov