Azərbaycan və Rusiya ticarətdə müəyyən maneələri aradan qaldırandan sonra qarşılıqlı ticarət dövriyyəsini 20-25% artıra bilər. Rusiyanın iqtisadi inkişaf naziri Azər Talıbov belə hesab edir.
“2018-ci ilin 6 ayı ərzində Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 10% artıb. Təhlilə əsasən, cari ilin sonunadək 10% artım tendensiyası qalacaq”, - A.Talıbov bu gün Bakıda jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Rusiya sahibkarlara öz layihələrini reallaşdırmağa əngəl törədən bir sıra məhdudiyyətlərlə bağlı məsələləri həll etməlidir. “Həmin maneələr aradan qaldırılarsa, biz ticarət dövriyyəsini 20-25% artıra bilərik”, - A.Talıbov qeyd edib.
Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, 2018-ci ilin yanvar-avqust aylarının yekunları üzrə Azərbaycan və Rusiya arasında mal dövriyyəsi $1 mlrd. 477 mln. təşkil edib ki, bu da 2017-ci ilin müvafiq dövrünün göstəricisindən 15,5% çoxdur. Hesabat dövründə Azərbaycan Rusiyaya $411 mln. 963,8 min dəyərində məhsul ixrac edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 12,9% çoxdur. Yanvar-avqust aylarında Rusiyadan Azərbaycana idxalın həcmi $1 mlrd. 65 mln. 36,51 min təşkil edib ki, bu da 2017-ci ilin müvafiq dövrünün göstəricisindən 16,6% çoxdur. **
B.Rüstəmbəyov