SOCAR şirkəti (ARDNŞ) 2018-ci ilin dekabr ayında Karbamid zavodunda ilk məhsul istehsalını əldə etməyi nəzərdə tutur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətin İctimaiyyətlə əlaqələr üzrə nümayəndəsi İbrahim Əhmədov deyib.
“Hazırda “SOCAR-Karbamid” zavodunda sınaq-sazlama işlərinə aparılır. 2018-ci ilin sonunadək müəssisədə ilk məhsulun istehsalı planlaşdırılır”, - İ.Əhmədov bildrib.
Onun sözlərinə görə, Karbamid zavodunun rəsmi açılış tarixi zavodda istehsala başlanana yaxın razılaşdırılacaq.
“2018-ci ilin dekabr ayında zavodun 15-20 gün işləyəcəyi nəzərdə tutulur”, - İ.Əhmədov vurğulayıb. **
N.Abbasova