Parisdə Fransa Azərbaycanlıları Koordinasiya Şurası yaradılıb. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsininməlumatında deyilir.
Şura Fransada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələrinin Parisdə keçirilən toplantısında yaradılıb.
Nant şəhərində fəaliyyət göstərən Azərbaycan Fransa Mədəniyyət Assosiasiyasının sədri Toğrul Zeynalov Fransa Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi seçilib.
“Toplantıda soydaşlarımızın problemləri, diaspor fəaliyyəti, eləcə də Azərbaycanın dünyada təbliği, Qarabağ həqiqətlərinin yerli ictimaiyyətə çatdırılması istiqamətində görülən işlər müzakirə edilib”, - deyə məlumatda bildirilir.*
F.İsazadə