“SOCAR Polymer” Azərbaycanda zavodlarda istehsal edilən yüksək sıxlığa malik olan polipropilen və polietilenin satışından illik $350 mln. məbləğində gəlir əldə etməyi ümid edir. Bunu şirkətin direktoru Fərid Cəfərov deyib.
“Zavodlarda (Sumqayıtda - İF) istehsal olunan məhsulların illik satış həcmi təxminən $350 mln. təşkil edəcək. Eyni zamanda, istehsal edilən məhsulların 75-80%-i ixrac olunacaq”, - F.Cəfərov bu gün jurnalistlərə bildirib.
Onun sözlərinə görə, yüksək sıxlığa malik olan polipropilen və polietilen ixracı ümumilikdə Azərbaycanın qeyri-neft ixracını illik 16% artırmağa imkan yaradacaq.
F.Cəfərov vurğulayıb ki, zavodların məhsullarının əsas satış bazarı Türkiyə olacaq. “Həmçinin məhsulların ixracı üçün digər ölkələrlə danışıqlar aparırıq”, - şirkətin direktoru əlavə edib.
“SOCAR Polymer” Sumqayıt Kimya Sənaye Parkının rezidentidir.**
B.Rüstəmbəyov