Dövlət Statistika Komitəsi (DSK) regional idarənin inzabati binasının yenidən qurulması və əsaslı təmiri haqqında 435,147 min manat dəyərində müqavilə imzalayıb.
Müqavilə DSK-nın Salyan Rayon Statistika İdarəsinin inzibati binasının yenidən qurulması və əsaslı təmirini nəzərdə tutur.
www.tender .gov.az saytında yerləşdirilən materiallara əsasən, müqavilənin podratçısı «Araz-İnsaatcı» MMC-dir.
Xəbər verildiyi kimi, DSK Şəmkir və İmişli rayonlarının regional idarələrinin inzibati binalarının yenidən qurulması və əsaslı təmiri haqqında 491,53 min manat dəyərində iki müqavilə bağlayıb.*
B.Rüstəmbəyov