Bu gün Bakının Qaradağ rayonunda mikroavtobusun aşması nəticəsində 6 nəfər xəsarət alıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.
“Qaradağ rayonunda mikroavtobusun qəzaya uğraması nəticəsində 2-si qadın olmaqla 6 nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər”, - deyə o bildirib.
İlkin məlumatlara görə, qəza mikroavtobusun təkərlərindən birinin partlaması nəticəsində baş verib.
“Yaralılardan 5-i 1 saylı Kliniki Tibbi Mərkəzə, 1 nəfər isə Respublika Klinik Xəstəxanasına yerləşdirilib”, - deyə S.Əhmədova qeyd edib.
Onun sözlərinə görə, xəsarət alanlardan bir neçəsinin vəziyyəti ağır olaraq qiymətləndirilir.*
R.Babayev