Dövlət Gömrük Komitəsi (DGK) 2018-ci ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinə 2 mlrd. 600 mln. 374,51 min manat məbləğində vergi və rüsum köçürüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DGK-dan məlumat verilib.
Xəbər verildiyi kimi, 2017-ci ilin yanvar-sentyabr aylarında DGK-nın xətti ilə dövlət büdcəsinə 1 mlrd. 951 mln. 635,51 min manat məbləğində vergi və rüsum köçürülüb. Beləliklə, bu ilin yanvar-senyyabr ayları ərzində DGK tərəfindən dövlət büdcəsinə köçürmələrin həcmi 33,2% artıb.
2018-ci ilin 9 ayı ərzində dövlət büdcəsinə ƏDV üzrə daxilolmalar 1 mlrd. 779 mln. 718,6 min manat, aksizlər üzrə 131 mln. 754,6 min manat, yol vergisi üzrə 27 mln. 415,1 min manat təşkil edib.
Bundan başqa, hesabat dövründə gömrük rüsumları üzrə köçürmələr 661 mln. 486,2 min manat məbləğində olub.
2018-ci ildə DGK-nın xətti ilə dövlət büdcəsinə daxilolmalar 3 mlrd. 215 mln. manat həcmində müəyyən edilib.**
N.Abbasova