Azərbaycan qastronomik turizm üçün populyar olan ölkələrin üçlüyünə daxil olub. Bu barədə Rusiyanın “TurStat” agentliyi MDB ölkələrində istirahətin turizm istiqamətləri üzrə “National Geographic Traveler Awards 2018” mükafatının səsvermə məlumatlarının təhlili əsasında bildirir.
“TurStat”ın məlumatına görə, “Qastronomik turizm” nominasiyasında səslərin 34%-i Özbəkistana, 21%-i İtaliyaya, 15%-i Azərbaycana, 13%-i Fransaya, 8%-i Ermənistana verilib.*
R.Babayev