“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC “Mahmud Rəhimov” quru yük gəmisini beynəlxalq sularda istismara verdi. Bu barədə QSC-dən məlumat verilir.
“Mahmud Rəhimov” quru yük gəmisi Azov-Qara-Aralıq dənizlərində istismar olunacaq. Texniki xidməti QSC-nin Türkiyə nümayəndəliyi “Caspdry” şirkəti həyata keçirəcək”, - məlumarda deyilir.
Artıq gəmi Türkmənistandan yük götürərək Bolqarıstana doğru istiqamət alıb. Volqa-Don kanalı ilə Rusiyanın daxili sularından keçən gəmi bu gün Rostov limanına çatacaq. Burada müvafiq sənədləşmə aparıldıqdan sonra Bolqarıstanın ən iri limanı olan “Burgas”-a gedəcək.
“Mahmud Rəhimov” gəmisinin istismarına başlanması ilə Gəmiçiliyin Xəzərdən kənarda üzən gəmilərinin sayı 14-ə çatıb. Onlardan 12-i quru yük, ikisi tankerdir”, - məlumatda qeyd olunur.
“Mahmud Rəhimov” gəmisi 1994-cü ildə inşa olunub. Dedveyti 4,485 min ton, yükgötürmə qabiliyyəti 4,1 min ton, sürəti 11 uzel, uzunluğu 117,5, eni 16,5 metr təşkil edir. **
N.Abbasova