Azərbaycan prezidenti İlham Əliyev Quba şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə 3 mln. manat ayırmağı tapşırıb.
Cümə axşamı dövlət başçısının saytında müvafiq sərəncam dərc olunub.
48 mənzilli yaşayış binasının tikintisi üçün vəsait Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Quba Rayon İcra Hakimiyyətinə ayrılacaq. **
F.İsazadə