Azərbaycan prezidenti İlham Əliyev Quba rayonunda avtomobil yolunun tikintisinindavam etdirilməsinə Avtomobil Yolları Dövlət Agentliyinə 3 mln. manat ayırmağı tapşırıb.
Quba–Qonaqkənd avtomobil yolu altmış səkkiz min nəfər əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirir.
Avtomobil yolunun tikintisinindavam etdirilməsinə vəsait Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılacaq.
Cümə axşamı İ.Əliyevin müvafiq sərəncamı dövlət başçısının saytında dərc olunub. **
F.İsazadə