Azərbaycan prezidenti İlham Əliyev Quba rayonunun Susay-Xınalıq avtomobil yolunun tikintisi, geologiyası, layihə-axtarış işlərinin həyata keçirilməsi məqsədilə Avtomobil Yolları Dövlət Agentliyinə 7,5 mln. manat ayırmağı tapşırıb.
Susay-Xınalıq avtomobil yolununtikintisinə vəsait “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölüşdürülməmiş hissəsinin obyektlər və istiqamətlər üzrə bölgüsü”ndən ayrılacaq.
Cümə axşamı İ.Əliyevin müvafiq sərəncamı dövlət başçısının saytında dərc olunub. **
F.İsazadə