1 oktyabr 2018-ci il tarixinə SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyinin (İB) abonentlərinin sayı 2 mln. 154,614 min təşkil edir. Bu barədə İB-nin saytında məlumat verilir.
“Cari ilin yanvar-sentyabr aylarında İB-də əhali sektoru üzrə 60,772 min yeni abonent qeydiyyata alınıb ki, bunun da 36,654 mini Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 24,118 mini isə regionların payına düşüb”, - deyə məlumatda bildirilir.*
N.Abbasova