Milli Məclis cümə günü keçirilən iclasda Cinayət Məcəlləsinə dənizdə yerləşən stasionar platformaların təhlükəsizliyinə təhdid yaradan əməllərə görə cəzanın tətbiqini nəzərdə tutan dəyişiklikləri qəbul edib.
Cinayət Məcəlləsinə əlavə edilən 219-2-ci maddəyə əsasən, stasionar platformanın məhv edilməsinə və ya təhlükəsizliyinə təhdid yaradan dərəcədə zədələnməsinə səbəb ola bilən qurğu və ya maddəni stasionar platformada qəsdən qanunsuz olaraq yerləşdirmə yaxud belə qurğu və ya maddənin stasionar platformada yerləşdirilməsi məqsədilə qəsdən qanunsuz olaraq digər hərəkətlər etməyə görə 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Bundan başqa, stasionar platformanı zor tətbiq etməklə, zor tətbiq etmək hədəsi ilə və ya hər hansı digər hədə-qorxu yolu ilə qəsdən qanunsuz olaraq ələ keçirmə və ya nəzarətdə saxlamaya görə 8 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. **
R.Babayev