“Azərişıq” ASC regionlarda materialların alınması və enerji obyektlərinin yenidən qurulması haqqında müqavilələr bağlayıb. Müqavilələrin ümumi dəyəri 30 mln. 338 min 605,82 manat təşkil edir.
www.tender.gov.az saytında yerləşdirilən materiallara əsasən, «Tikinti-Təmir-Təchizat-Bərpa» QSC ilə bağlanmış müqavilə “Azərişıq” ASC-yə müxtəlif markalı kabel və muftaların tədarükünü nəzərdə tutur. Müqavilənin dəyəri 15 mln. 644 min 886,58 manatdır.
Bundan başqa, “Azərişıq” «Azərelektrikşəbəkətikinti» ASC ilə 110/35/6/10 kV-luq Səmədabad yarımstansiyasının yenidən qurulması və 110 kV-luq bir dövrəli Yeni Biləsuvar-Səmədabad yarımstansiyaları arası hava xəttinin yenidən qurulması haqqında 8 mln. 445 min 964,04 manat dəyərində müqavilə bağlayıb.
"Caspian Sell" şirkəti ilə 2 müqavilə bağlanıb. 4 mln. 310 min 453,22 manat dəyərində birinci müqavilə Biləsuvar rayonunda 110/35/10 kV-luq yarımstansiyanın yenidən qurulmasını, 1 mln. 937 min 301,98 manat dəyərində ikinci müqavilə isə Şəki rayonu, 35 kV-luq bir dövrəli Şəki Taxılçılıq və 35 kV-luq Şəki kənd hava xəttinin yenidən qurulmasını nəzərdə tutur.
Azərbaycan prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC “Azərişıq” ASC-yə çevrilib.
“Azərişıq” ASC-nin funksiyalarına Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatı daxildir.*
N.Abbasova