Bu gün prezident İlham Əliyev Lənkərana səfəri çərçivəsində İstisu və Sağlamlıq Mərkəzi ilə tanış olub. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Lənkəran İstisu və Sağlamlıq Mərkəzinin inşasına 2016-cı ilin noyabrında başlanılıb. Kompleksdə otel, tibb mərkəzi və müxtəlif termal hamamlar fəaliyyət göstərəcək. Mərkəzin fəaliyyətə başlaması əksəriyyəti yerli işçilər olmaqla təqribən 250 nəfər üçün iş yerinin yaranmasına səbəb olacaq.
Dövlət başçısı rayon ictimaiyyətinin nümayəndələrivə mərkəzin kollektivi qarşısında çıxış edib.*
R.Babayev