2016-cı ildən etibarən İqtisadiyyat Nazirliyi tərəfindən 313 layihə üzrə investisiya təşviqi sənədi (İTS) verilib. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev məlumat verib.
“İndiyədək 277 sahibkarlıq subyektinə 313 investisiya təşviqi sənədi verilib. Bu layihələrə ümumi investisiyaların həcmi 2,7 mlrd. manat səviyyəsində qiymətləndirilir. Onların reallaşdırılması sayəsində 20 min yeni iş yeri açılacaq”, - Ş.Mustafayev rəsmi mətbuatda dərc edilmiş məqaləsində qeyd edib.
Həmçinin nazir vurğulayıb ki, İTS əsasında 245 sahibkarlıq subyektinə 1,937 min təsdiqedici sənəd verilib. Təsdiqedici sənədlər əsasında sahibkarların əldə etdiyi güzəştli məbləğin ümumi həcmi $97 mln.-u ötüb.
İnvestisiya təşviqi sənədi sahibkarlara müxtəlif vergi və gömrük güzəştlərindən yaralanmağa imkan verir. **
B.Rüstəmbəyov