Azərbaycanın gömrük orqanları ölkə vətəndaşının 240 ədəd mobil telefonu qanunsuz keçirmək cəhdinin qarşısını alıblar. Bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilir.
“Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Jalə Alməmmədovanın idarə etdiyi "Toyoto Prado" markalı avtomobil saxlanılıb. Yoxlama zamanı avtomobildə müxtəlif modeldə ümumilikdə 240 ədəd mobil telefon aşkar olunub”, - məlumatda deyilir. **
R.Babayev