Azərbaycan prezidenti İlham Əliyev Lənkəran-Lerik avtomobil yolunun yenidən qurulması işlərinin davam etdirilməsi məqsədi ilə Avtomobil Yolları Dövlət Agentliyinə 9,2 mln. manat ayırmağı tapşırıb.
İ.Əliyevin müvafiq sərəncamı bazar ertəsi dövlət başçısının saytında dərc olunub.
Uzunluğu 55 km olan Lənkəran-Lerik avtomobil yolunun yenidən qurulması işlərinin davam etdirilməsinə vəsait “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndən ayrılacaq.
Sərəncamda qeyd olunur ki, avtomobil yolunun yenidən qurulması yolun dayanıqlığını, yük və sərnişin daşınmasının təhlükəsizliyini gücləndirəcək. Bundan başqa, ayrılan vəsait hesabına yağan aramsız yağıntılar nəticəsində çoxsaylı sürüşmə və uçqunların fəsadları aradan qaldırılacaq. **
N.Abbasova