SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2018-ci ilin yanvar-sentyabr aylarında 5,6 mln. ton neft hasil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
Xəbər verildiyi kimi, 2017-ci ilin yanvar-sentyabr aylarında şirkət tərəfindən 5,57 mln. ton neft hasil olunub. Beləliklə, 2018-ci ilin 8 ayı ərzində şirkət neft hasilatını 0,5% artırıb.
“Ümumilikdə, 2018-ci ilin yanvar-sentyabr ayIarında Azərbaycan üzrə 29 mln. 46,822 ton neft hasil olunub ki, bu da ötən ilin 9 ayının göstəricisindən 0,8% çoxdur”, - şirkətdən qeyd ediblər.
SOCAR-ın məlumatına görə, cari ilin III rübündə şirkət tərəfindən 1 mln. 902,252 ton neft hasil olunub ki, bu da 29017-ci ilin iyul-sentyabr aylarının göstəricisindən 1,5% çoxdur.
2017-ci ildə SOCAR 7 mln. 427,1 min ton neft hasil edib ki, bu da həmin dövrdə ölkədə hasil olunmuş neftin 19,2%-ni təşkil edib.**
N.Abbasova