1 oktyabr 2018-ci il tarixinə Azərbaycanda pensiyanın orta aylıq məbləği 221,1 manata bərabərdir (cari məzənnə ilə $130,06). Bunu əmək və əhalıinin social müdafiəsi naziri Sahil Babayev deyib.
“Ölkədə pensiyanın orta aylıq məbləği 2017-ci ilin analoji dövrünə nisbətən 8,4% artaraq 221,1 manat təşkil edib”, - S.Babayevin “Azərbaycan” qəzetində dərc olunan məqaləsində deyilir.
O cümlədən, yaşa görə əmək pensiyalarının ora aylıq məbləği 249,1 manat ($146,5) təşkil edir.
S.Babayev qeyd edib ki, hazırda nazirlik tərəfindən 4,8 mln. vətəndaşa əmək, məşğulluq, social təminat, sosial sığorta və s. üzrə 120-dən çox xidmət göstərilir.
“Həmçinin, 1,3 mln. vətəndaş əmək pensiyası, 480 mindən çox şəxs aylıq və birdəfəlik sosial müavinəti alır, 50 min ailə social yardımla əhatə olunub”, - nazir qeyd edib.
Bundann başqa, dövlət 620 mindən çox əlilliyi olan şəxsə dəstək verir. **
R.Babayev