Azərbaycanın 2019-cu il dövlət büdcəsinin layihəsi parlamentə təqdim olunub. Bu barədə “İnterfaks-Azərbaycan agentliyinə parlamentdən məlumat verilib.
«2019-cu il dövlət büdcəsinin layihəsi, eləcə də büdcə zərfinə daxil olan sənədlər də parlamentə təqdim edilib», - deyə mənbə bildirib.
Onun sözlərinə görə, gələn ilin dövlət büdcəsi layihəsinin Milli Məclisdə noyabrın ortalarında müzakirəyə çıxarılması nəzərdə tutulur.*
A.Əzizov