Azərbaycan və Türkmənistan Xarici İşlər Nazirlikləri arasında 2019-2020-ci illər üçün əməkdaşlıq proqramı imzananıb. Bu barədə Azərbaycan XİN-dən məlumat verilir.
Sənəd cümə axşamı Bakıda Azərbaycan və Türkmənistan XİN başşıları Elmar Məmmədyarov və Rəşid Meredovun iştirakı ilə keçirilən siyasi məsləhətləşmələrin yekunlarına dair imzalanıb.
“Məsləhətləşmələr zamanı E.Məmmədyarov və R.Meredov ticari-iqtisadi əməkdaşlıqda müşahidə edilən müsbət dinamikanı qeyd ediblər. Həmçinin, həmsöhbətlər dövlət qurumları və işgüzar dairələri tərəfindən yerinə yetirilməli işlərin əlaqələndirilməsi perspektivlərini müzakirə ediblər”, - məlumatda deyilir.
Bundan başqa, tərəflər logistika, sənaye və mədəni-humanitar sahələrdə münasibətlərin daha da inkişaf etdirilməsi üçün əlverişli əməkdaşlıq fürsətlərinin olduğu vurğulayıblar. **
F.İsazadə