Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünya ictimaiyyətini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini nizamlamağa və bununla da Azərbaycan ərazilərinin işğalına son qoymağa çağırıb.
"Azərbaycan torpaqlarının 20%-nin dörddə bir əsrdir işğal altında olması qəbuledilməzdir. Beynəlxalq ictimaiyyət başda Dağlıq Qarabağ münaqişəsi olmaqla dünyada mövcud olan bütün haqsızlıqlara “dayan” deməlidir”, - deyə o, bu gün İzmirdə STAR neft emalı zavodunun açılış mərasimində bildirib.
Türkiyə lideri dünya ictimaiyyətini Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin zəruriliyi ilə bağlı Bakı və Ankaranın çağırışlarına etinasız yanaşmaqda ittiham edib. "Ədalətdən uzaq və dəyəri olmayan beynəlxalq münasibətlər sistemi özünə olan etibarı itirib", - deyə R.T.Ərdoğan qeyd edib.
O vurğulayıb ki, Azərbaycan və Türkiyə öz maraqlarının təminatı üçün birgə mübarizəni davam etdirəcək.*
R.Babayev