Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi İmişli rayonunda bir sıra obyektlərin açılışında iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Xüsusilə, İ.Əliyev “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin İmişli Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi, 100 yerlik körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.
Bundan başqa, dövlət başçısı “ASAN Həyat” kompleksi və İmişlidə Bayraq Muzeyinin açılışında iştirak edib. **
R.Babayev