Azərbaycan Xarici İşlər Nazirliyi Fransanın Sent Etyen şəhərinin meri Qael Perdrionun adını işğal olunmuş Şuşa şəhərinə qanunsuz səfərə görə "qara siyahı"ya salacaq.
"Q.Perdrionun Azərbaycanın işğal edilmiş Şuşa şəhərinə qanunsuz səfərini qətiyyətlə pisləyirik. Azərbaycan qanunvericiliyini pozaraq ölkəmizin işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfər etdiyi üçün onun adı ölkəyə girişi arzu olunmayan şəxslər siyahısına daxil ediləcək”, - XİN-in bəyanatında deyilir. **
F.İsazadə