Azərbaycan hökuməti 2019-cu il üçün yaşayış minimumu məbləğini 180 manat səviyyəsində müəyyən etməyi təklif edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
2018-ci il üçün yaşayış minimumu 173 manat məbləğində təsdiq olunub. Beləliklə, 2019-cu il üçün yaşayış minimumu 2018-ci illə müqayisədə 4% artır.
O cümlədən, 2019-cu il üçün yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat məbləğində müəyyən etmək təklif olunur. **
R.Babayev