Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov gələn həftə ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfər edəcəklərini təsdiq edib.
“Gələn həftə həmsədrlər regiona səfər edəcəklər. İlin sonunadək Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşü gözlənilir”, - E.Məmmədyarov jurnalistlərlə söhbət zamanı bildirib.
Onun sözlərinə görə, hələlik XİN başçılarının görüşünün keçiriləcəyi yer və tarix barədə söz açmaq tezdir.
“Bu məsələ həmsədrlərin regiona səfəri zamanı müzakirə olunacaq”, - E.Məmmədyarov vurğulayıb. **
R.Babayev