2019-cu ildə Azərbaycanda 300 min ton həcmində pambıq yığımı proqnozlaşdırılır, bu da 2018-ci ilin göstəricisindən 12,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentlyinə hökumətdən məlumat verilir.
Proqnozlara əsasən, 2018-ci ilin yekunları üzrə Azərbaycanda 260 min ton həcmində pambıq yığılacağı gözlənilir.
Eyni zamanda, hökumətin proqnozuna görə, 2020-2022-ci illərdə pambıq yığımında artım tendensiyası saxlanılacaq.
Öncə kənd təsərrüfatı naziri İnam Kərimov deyib ki, 2018-ci ildə Azərbaycanda 260 min ton pambıq yığılacağı gözlənilir.Bu il 132,5 min hektar sahədə pambıq əkilib.
Ötən il Azərbaycanda 207,5 min ton pambıq yığılıb. **
B.Rüstəmbəyov