Azərbaycan prezidenti İlham Əliyev bazar günü şimal-qərb regionuna səfəri çərçivəsində “Ulu Aqro” MMC-nin Qax Aqroparkının açılışında iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
O cümlədən, İ.Əliyev Qax şəhərində “Ulu Yurd” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Yurd Hotel” mehmanxanasının açılışında iştirak edib.
Mehmanxananın inşasına 2017-ci ilin sentyabrında başlanılıb. Yüz yerlik, üçmərtəbəli mehmanxana binasında 48 otaq var.**
R.Babayev