Prezident İlham Əliyev Azərbaycanın şimal-qərb bölgəsinə səfər çərçivəsində oktyabrın 29-da Şəki şəhərinə gəlib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonda görülən işlər haqqında prezidentə məlumat verib.
İ.Əliyev Şəki şəhərində inşa olunan Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib.*
R.Babayev