Gəncə Şəhər İcra Hakimiyyəti (İH) şəhərin abadlaşdırılması və avtomobil yollarının əsaslı təmirinə 9 mln. 998,751 min manat yönəldəcək.
www.tender.gov.az saytında verilən məlumata görə, Gəncə Şəhər İcra Hakimiyyəti «Gəncə Körpü Tikinti-2» ASC ilə şəhərin abadlaşdırılması, avtomobil yollarının əsaslı təmiri və şəhər küçələrinin işıqlandırılması üzrə işlərin yerinə yetirilməsi haqqında müqavilə imzalayıb.*
N.Abbasova