29.10.2018 17:04

Ermənistan Azərbaycanla operativ əlaqədən istifadə yollarını axtarır

Ermənistan Müdafiə Nazirliyi Azərbaycan tərəfi ilə Qarabağ münaqişəsi ilə bağlı operativ əlaqədən istifadə olunmasında ATƏT-in Minsk qrupunun köməyinə ümid edir. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti nazir David Tonoyanın ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşünün yekunları üzrə məlumat yayıb.

"Müdafiə naziri qeyd edib ki, atəşkəs rejiminə qeyd-şərtsiz riayət edilməsi, risklərin qarşısının alınması və azaldılması üzrə tədbirlərin həyata keçirilməsi çox böyük əhəmiyyət kəsb edir", - deyə məlumatda vurğulanır.

Görüşdə D.Tonoyan Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev arasında əldə edilmiş operativ əlaqədən istifadə olunması haqqında razılaşmanın əhəmiyyətini diqqətə çatdırıb.*


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.